Yaxın gələcəkdə Rusiya Federasiyasında hərbi xidmətə çağırışın yeni dalğası elan oluna bilər.
BUTA.TV xəbər verir ki, bu barədə yayılan məlumatları siyasi strateq və yazıçı Mixail Şeytelman da təsdiqləyib.
Ekspert bildirib ki, rusların xaricə yeni axını başlayacaq:
"Sentyabrda gedib, sonra Rusiyaya qayıdanlar yenidən getməyə çalışacaqlar. Amma yəqin ki, onların sayı bir milyon olacaq, qalanları təəssüf ki, Ukraynaya gedəcək - ancaq istəksiz, həvəssiz”.
Şeytelmanın finrincə, genişmiqyaslı səfərbərliyə baxmayaraq, Rusiyada böyük texniki problemlər var - onların yeni çağırışçıları yerləşdirmək üçün yeri olmayacaq: "Əvvəlki səfərbərlik dalğası zamanı 300 min insan meşədə, məktəblərdə gecələdi. 300 mini çətinliklə də olsa, 1,5 ay ərzində yerləşdirdilər".
Ekspert əmindir ki, səfərbər olunan daha 500 min nəfər üçün potensialın olmaması yeni logistik xaos yaradacaq:
“Təsəvvür edin, qışda meşədəki çarpayılarda necə yatacaqlar".
Qeyd edək ki, Ukrayna kəşfiyyatı 500 min əlavə əsgər toplamaq üçün Rusiyanın yeni səfərbərlik elan edəcəyi barədə iki gündür məlumat yayır.
- Bayramov: Türkiyədən tarixdə görülməmiş göstəriş verildi - Video
- Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM
- Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
- AZAL səyahətləri daha rahat edir - Video
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN
- Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi