Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiya gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.
BUTA.TV xəbər verir ki, aksiya fəalları bu saatlarda da plakat qaldırıb, ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.
Fəallar həmişəki kimi, Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar vurğulayırlar ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 29 gündür davam edir.
- Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi