Ötən ilin 13-14 sentyabr tarixində Ermənistanın sərhəddə təxribat törətməsindən sonra baş verən döyüşlər zamanı Azərbaycan Ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi sərhədboyu ərazilərdə yerləşən erməni kəndlərinin boşalması ilə nəticələnib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.
Məlumata görə, sərhəd bölgəsində yerləşən Yuxarı Şorca (Verin Şorca) və Aşağı Şorca kəndində yaşan ermənilər kəndi tərk edib.
Azərbaycan Ordusunun yerləşdiyi strateji yüksəkliklər bu kəndlərə nəzarət imkanı da verir. Bu iki kəndlə yanaşı, Sotk, Airk, Azat, Tretuk, Caghatsadzor, Kotakan və digər ərazilərdəki ermənilər də bölgəni tərk etməyə hazırlaşır. Buna səbəb kəndlilərin işğal dövründə istifadə etdikləri otlaq və əkin sahələrindən məhrum olmalarıdır.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Qeyd edək ki, Ermənistan 30 ilə yaxı davam edən işğal dövründə Azərbaycanla dövlət sərhədini böyük ölçüdə irəli çəkərək, sərhədyanı ərazilərini genişləndirmişdi. Xüsusilə əkinə yararlı torpaqlar, otlaq və meşə sahələri Ermənistanın “dövlət sərhədinə” daxil edilmişdi. 44 günlük müharibədən sonra Azərbaycan qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədinin bərpası istiqamətində də addımlar atır.
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı