Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
BUTA.TV Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu çərçivədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində aparılan monitorinq zamanı ərazidən keçən diametri 200 və 500mm olan qaz xəttinin mühafizə zonası gözlənilmədən bilavasitə yaxınlığında – 1-6 metrliyində tikintisi başa çatdırılmış fərdi yaşayış evləri, həmçinin inşası davam edən tikililər aşkar olunub. Müəyyən edilib ki, qeyd olunan ünvandakı tikinti işləri müvafiq icazəverici sənədlər olmadan kobud pozuntularla, o cümlədən normativ ara məsafələri gözlənilmədən aparılıb.
Aşkar olunmuş faktla bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti üzrə rəsmi müraciətlər ünvanlanıb.
- 1645-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi
- Pakistanda yanğın: 15 körpə öldü
- Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto
- Prezident “Sabah”ı təbrik etdi
- Rusiyanın nəhəng neft emalı zavodu vuruldu - Video
- Hörmüzlə bağlı danışıqlar: 60 gün davam edəcək...
- Ukrayna “Wildberries”in daha bir anbarını yandırdı - Video