Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, prosesin dinamikasını təmin etmək üçün konkret addımlar da atılmalıdır:
“Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.
Hökumət başçısı söyləyib ki, Türkiyə ilə sərhədlərin açılması ilə təkcə danışıqlar aparılmamalı, konkret addımlar atılmalıdır.
- Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar
- Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır
- Bu şəxslərin imtahan nəticələri ləğv edildi
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı
- 700 balı Burlaxatun yığdı
- Qəbul imtahanının nəticəsi elan olundu
- Kitabın qəhrəmanıdır, tankın kabusu... - Video
- MÜTDA-dan sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat