“Vasif Talıbov özünü çoban kimi aparırdı. “Xanlığın” pis formasını həyata keçirib”.
BUTA.TV-nin xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev “TV Müsavat”a bildirib.
“Rusiya o qədər başdan xarab deyil ki, İlham Əliyev kimi güclü Prezidentə qarşı Talıbov kimi gücsüz adamı qoysun. Bu, mümkün deyil. Burada İran faktoru ola bilər. Ola bilsin, İranla əlaqələrinə görə tədbirlər görülür. İranın Azərbaycanın daxilində kifayət qədər agentləri var. İmam Hüseynin yasını saxlayan, şaxsey-vaxsey gedən, zəncir vuranların bir hissəsi Naxçıvandadır. Naxçıvanın özündə fundamentalist islamçılar kifayət qədərdir. İran Azərbaycana qarşı apardığı siyasətdə “peşka Talıbov”dan istifadə edə bilərdi. Ramiz Mehdiyevə gəldikdə isə, deyə bilərəm ki, çox qorxaq adamdır. Mehdiyev Talıbov kimi adama yaxınlaşıb, çevrilişə cəhd etməz. Vasif Talıbov vətənə, xalqa qarşı cinayətə görə həbs edilməlidir. Ona görə yox ki, hansısa sarayı, pulu var... Törətdiyi konkret cinayətə görə məsuliyyətə cəlb etmək lazımdır. Ola bilər, hamısını həbs etsinlər. Övladları da ataları kimidir. Neçə illər keçib, dəyişməyiblər. Seymur Talıbov yaramaz adamdır, atası Vasif Talıbovun istefası zamanı əlini qaldıraraq səs vermişdi. Yəqin, ona deyiblər ki, əlini qaldır, salamat qalacaqsan... Mərifəti olsaydı, sessiyada iştirak etməzdi”, - R.Quliyev qeyd edib.
- Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatın əsas dayağı olmalıdır
- Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
- Ermənistana 7 vaqon buğda göndəriləcək
- AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
- “Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”
- Bunun üzərində 10 ildən artıq çalışmışıq - Prezient