Şad xəbər: Kirayə ilə mənzil almaq ucuzlaşır

12:04 - 16 Yanvar 2023 - CƏMİYYƏT

 Şad xəbər: Kirayə ilə mənzil almaq ucuzlaşır

Bu ildən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib.

BUTA.TV xəbər verir ki, bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkili yeni güzəştlərin fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracağını bildirib:

“Bu isə daha aşağı qiymətə həmin mənzillərin kirayə təklif olunmasına səbəb ola bilər. Qeyd edək ki, kirayə məzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 ildən 25 ilədək 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda mənzillərin satın almaq məqsədi ilə təqdim edilir. Yəni vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır və mənzillərin dəyəri manatla ödənilir.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə, daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmada aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədi ilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol