Sabah pensiyalarda bu artım olacaq, II artım fevrala qalır

22:12 - 16 Yanvar 2023 - CƏMİYYƏT

 Sabah pensiyalarda bu artım olacaq, II artım fevrala qalır

Sabahdan pensiyaların ödənilməsinə başlanılır. Bu il ilk dəfə olaraq ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödəniləcək.

BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

O xatırladıb ki, bu aydan pensiya məbləğinə hesablanan 16.7 manat əvvəlki ildə verilən yardımın 2023-cü ildən pensiya məbləğlərinə əlavə olunmasıdır. Bu, ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır. Yəni, məbləğindən asılı olmayaraq, pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib. Bu, aylıq 16.7 manat deməkdir (200 manat/12 ay=16.7 manat). Bu isə o deməkdir ki, 16.7 manat məhz ötənilki yardımın artıq aylıq məbləğə əlavə olunmasıdır. Yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur:

“Amma bu, indeksiyaya olunaraq artırılmış məbləğ deyil. Bir daha qeyd etmək istərdik ki, ikinci artım indeksasiyadır.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıdakı "lüt qadın heykəli" söküldü

Birinci artım sabahdan verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika yanvar ayının sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat (yanvar üzrə indeksasiya artımı) + 47.50 manat (fevral üzrə indeksasiya artımı) = 411.7 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316.7 manat, fevral ayında 411.7 manat, mart ayından etibarən isə 364.2 manat alacaq”.

Ekspert bildirib ki, indeksasiya faizindən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol