Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
Millət vəkili bu güzəştlərin məqsədinin hibrid avtomobillərin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaq olduğunu bildirib:
“Bu yaşıl enerji prinsipinə uyğun olaraq avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir. Güzəştlərin tətbiq olunmasına rəğmən ölkəyə hələ də daha çox istehsal ili köhnə hibrid avtomobillər gətirilir. Belə maşınların idxal edilməsi isə həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların sayının artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərin xərcinin azaldılması baxımdan vacib idi”.
- "Forbes" İranın gücünü müqayisə etdi: Siyahıda Azərbaycan da var
- Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi
- Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...
- 1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci
- Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto
- Ramiz Mehdiyevin səhhəti pisləşdi
- Paşinyandan Konstitusiya ilə bağlı açıqlama
- Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama