Azərbaycan Prezidenti İlham Əliyev Davosda ölkəsinin maraqlarını müdafiə edir. Bəs bizim Baş nazir Nikol Paşinyan niyə orada yoxdur? Azərbaycan Prezidenti artıq Davosdadır. O, Davosa Abu Dabidən gəlib və tədbirlərdə iştirak edib, ölkəsinin maraqlarını fəal şəkildə təbliğ edir. İlham Əliyev Davosda da eyni şeyi edəcək. Nikol Paşinyan buna necə cavab verəcək? Davosa getməməklə?
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin xarici siyasətini tənqid edən erməni mediası yazıb.
“Paşinyan ötən il də Davosda olmayıb. Ötən il ora Ermənistan prezidenti getdi, halbuki ölkənin bütün səlahiyyətləri Paşinyandadır. Ermənistan hökuməti bildirib ki, “Paşinyanın belə bir səfəri nəzərdə tutulmayıb". Belə bir səfərin planlaşdırılmamasının və həyata keçirilməməsinin səbəbləri deyilmir. Və nəticədə özünü dünyada baş verən ən mühüm proseslərdən, dünyanın əsas iqtisadi və siyasi forumlarından birindən təcrid edən hakimiyyətin daha bir axmaqlığı ortaya çıxır. Sonra da hamımız təəccüblənəcəyik ki, niyə Azərbaycanın mövqeyi dünyada daha çox səslənir və qəbul edilir”, - məlumatda deyilir.
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video
- “SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə...
- Sabiq rəis məhkəmə zalında həbs edildi
- Prezident Qordonun Putinlə bağlı sualına belə cavab verdi - Video
- Bu məlumatları heç kimlə paylaşmayın! - DİN
- Eks-idarə rəisi ilk iclasda həbs edildi
- Onlar vizadan qarşılıqlı azad edəcək