Mirzoyan ATƏT-də Bakıya qarşı çıxdı, bu cavabı aldı

14:44 - 18 Yanvar 2023 - GÜNDƏM

 Mirzoyan ATƏT-də Bakıya qarşı çıxdı, bu cavabı aldı

Ötən gün Vyanada Ermənistanın təşəbbüsü ilə ATƏT Daimi Şurasının növbədənkənar iclası keçirilib. İclasın gündəliyinə Laçın yolunda azərbaycanlı ekoloqların ölkənin təbii sərvətlərinin talan edilməsinə qarşı dinc etiraz aksiyası keçirməsi ilə bağlı vəziyyətin müzakirəsi daxil edilib. İclasda çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın mövqeyini bütün standart saxtakarlıqlarla - Laçın yolunun bağlanması, rus sülhməramlıların fəaliyyətsiz, Qarabağ separatçılarının "humanitar fəlakət" içində olması barədə mövqeyini səsləndirib. Bu tədbirə təşəbbüs göstərməkdə məqsəd Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonundakı vəziyyətlə bağlı uydurma yalanlarını təkrarlamaq, Qərbdən İrəvana siyasi dəstək almaq idi. Ermənistan hakimiyyəti Qarabağa yeni müharibə üçün silah və əsgər idxalını bərpa etmək, Azərbaycanın faydalı qazıntılarını talayanlar isə oğurladıqları qızıl, mis və molibdeni oradan ixrac etmək istəyirlər, ona görə də onların dezinformasiya kampaniyası davam edir.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Ötən həftə xarici KİV-lərin, ilk növbədə, Qərb mediasının geniş tərkibli nümayəndə heyəti Laçın yoluna səfər etdi və özləri də gördülər ki, aksiya həqiqətən də dinc xarakter daşıyır, avtomobillər magistral yolda sərbəst hərəkət edir, həm ərzaq, həm də s. mallar Xankəndiyə aparılır. Bir çox Qərb mediasında İrəvanın aşkar saxtakarlıqlarını təkzib edən yazılar dərc olundu. Buna görə də İrəvan Bakı ilə qarşıdurmada avropalıların və amerikalılardan birbaşa siyasi yardım istəməyə məcbur qaldı. Lakin ATƏT Daimi Şurasının növbədənkənar sessiyası erməni fiaskosu ilə başa çatdı. İclasda çıxış edən amerikalı diplomat əvvəlcə Bakını bu ərazidə yaşayan əhalinin hüquqlarını və rifahını təmin etməyə çağırıb, lakin sonra bildirib ki, ATƏT-in qaydalarına görə bura üzv ölkələr “öz vətəndaşlarının öz ərazilərində təhlükəsizliyini" təmin etməyə borcludurlar. Paşinyan rejiminin Rusiyadan uzaqlaşmaq planlarında ən çox ümid bəslədiyi ölkə İrəvana kömək etmək əvəzinə ona Qarabağın Azərbaycana, Qarabağ ermənilərinin isə Azərbaycanın vətəndaş cəmiyyətinə aid olduğunu göstərib. Diplomat Xankəndidə müalicə ilə bağlı heç bir problem olmadığını da bildirib. Norveç təmsilçisi isə birbaşa qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsidir və orada yaşayan insanların rifahına cavabdeh olan Azərbaycandır, ümid edirəm ki, həll yolu tapılanda sakinlər dinc həyat sürəcəklər. Mirzoyan Bakıya təzyiqləri artırmaq üçün gəldi, ancaq bir xatırlatma aldı: Qarabağ və Qarabağ erməniləri Azərbaycanın daxili işidir, Ermənistanın beynəlxalq platformalarda hansı tədbirlərə təşəbbüs göstərməsindən asılı olmayaraq, bu dəyişməyəcək. Nə ABŞ, nə də AB İrəvanın separatçı və revanşist xəyalları ilə oynamaq niyyətində deyil. Ona görə də Ermənistan Laçın yolunda vəziyyətlə bağlı dezinformasiya kampaniyasını dayandırılmalı olacaq”, - o bildirib.

Onun sözlərinə görə, Ermənistan indi Qərb istiqamətində sürətlə uduzur:

Bu xəbər hal-hazırda çox oxunur
COP29-da tarixi qərar qəbul olundu

“Məsələn, Paşinyan Azərbaycan və Gürcüstan liderlərindən fərqli olaraq, Davosda davam edən Dünya İqtisadi Forumuna qatılmayıb və belə mühüm regionlararası forum haqqında panel müzakirəsində olmayacaq. Paşinyan Davosda deyil, çünki Ermənistanın Qərb biznesinə təklif edəcəyi heç nə yoxdur. O, Azərbaycanla müharibədə qisas almaq üçün ancaq pul və silah istəyə bilər. Fransa istisna olmaqla, Qərb bu mövzuda maraqlı olmaqdan əl çəkib. Bakı ilə əməkdaşlığın AB üçün faydası İrəvanla nəticəsiz siyasi oyunlardan qat-qat yüksəkdir”.

Petrov qeyd edib ki, bütün bu hadisələrin fonunda Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb:

“Nazirlər magistralın açıq olmasından, hər gün onlarla avtomobilin oradan keçməsindən, etiraz etmək hüququna malik olan Azərbaycan vətəndaşlarının rus sülhməramlıların işinə heç bir problem yaratmamasından danışıblar. Bu söhbət İrəvanın qaldırdığı hay-küyü və saxtakarlığı təkzib edir. Artıq Ermənistandakı dağıdıcı qüvvələr bütün cəbhələrdə uduzur və sabit, dinc Cənubi Qafqaz tərəfdarları bunu ancaq alqışlaya bilərlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol