Rusiya Prezidenti Vladimir Putin Qərbdən Ukraynaya qarşı müharibə ilə bağlı sonuncu xəbərdarlığı alıb, əgər Kreml rəhbəri bunu qəbul etsə, o zaman onun bir müddət hakimiyyətdə qalmaq şansı var.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov çıxış edib.
Eks-deputat qeyd edib ki, Qərb vəhşiləşir:
“Hazırda Rusiyada səhnə arxası şayiələr yayılır. "Rammsteyn"dən sonra Putinə sonuncu təklif edilib. Təklifə əsasən, Rusiya qoşunlarını ötən ilin fevralın 23-dən öncəki xəttə çəkməli, verdiyi zərəri, günahı boynuna almalı, təzminat ödəməlidir. Yerdə qalan ərazilər üçün siyasi danışıqlar aparılacaq".
Deputatın sözlərinə görə, əgər Putin təkliflə razılaşsa, hakimiyyətdə qalacaq, əks halda Ukrayna üçün hər şey ediləcək ki, müharibədə qalib gəlsin.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio