Böyük Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçin "Çelsi" futbol klubunun satışından əldə etdiyi 2,3 milyard funt-sterlinqi Ukrayna fonduna köçürməyə yaxındır, lakin bunun üçün Avropa Birliyinin yekun razılığı olmalıdır.
BUTA.TV xəbər verir ki, bu barədə "Teleqraf" nəşri məlumat yayıb.
“Tarixdə müharibə qurbanlarına edilən ən böyük xeyriyyə ianələrindən biri olacaq bu böyük məbləğ bir neçə həftə ərzində hələ adı açıqlanmayan fonda köçürülə bilər", - nəşr bildirib.
Bildirilib ki, artıq səkkiz aydır ki, pul sanksiyalaşdırılmış hesabda saxlanılır, lakin hökumətin sənədləşmə işlərini yekunlaşdırdığı məlumdur.
Nəşrin mənbələrinə görə, yeni fond Xeyriyyə Komissiyasının təsdiqini almaq üzrədir:
"Lakin bildiyiniz kimi, onlar da Avropadan son yaşıl işıq almalıdırlar, çünki Abramoviç də orada sanksiyalar altındadır".
- Türkan Gündüzü qətlə yetirən ərinə hökm oxundu
- Xəzərin sahilində quş cəsədləri aşkarlandı - Video
- Ağamalının xanımı: Müayinə üçün getmişdi, dünyasını dəyişdi
- Bakıda restoranı yandıran daha bir şəxs saxlanıldı
- Azərbaycanda şiferlər qadağan edilir
- Azərişıq ASC-nin yaranmasının 11 ili tamam olur
- Sabah Bakıya qar yağacaq
- Tərtərdə ağır qəza: ölən var - Foto