İranlı qadınların nəzarətçinin icazəsi olmadan ölkədən çıxışını qadağan edən qanun layihəsi təsdiqlənib.
BUTA.TV xəbər verir ki, bu barədə Məclisin Ədliyyə Komissiyasının sözçüsü Kazım Dilxoş məlumat verib.
“İslam Şurasının Məhkəmə Komissiyası normal şəraitdə qadınların ölkədən getməsinin nəzarətçinin icazəsi ilə, xüsusi hallarda isə məhkəmə qərarı ilə həyata keçirilməsi qərarını verib”, - Dilxoş deyib.
Qeyd edək ki, əvvəllər yalnız evli qadınlar ölkəni tərk etmək üçün ərinin icazəsinə ehtiyac duyurdusa, artıq ölkə əhalisinin yarısının səyahət hüququ məhdudlaşdırılacaq və 18 yaşından yuxarı qızlar, habelə boşanmış qadınlar yalnız “qəyyumunun” icazəsi olduqda ölkədən çıxa biləcəklər.
- Rusiyada Arestoviçə hökm oxundu
- Tiflsidə 15 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto
- Rusiya Ukraynanı açıq şəkildə bombalamalıdır - Tolstoy
- Xameneinin öldürüləcəyini bilsəydim... - Qaimpənah
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu
- Rövşən Nəcəfin müşaviri oldu - Foto
- AFFA-dan “Qarabağ”a qarşı növbəti hörmətsizlik!
- Piterdə polkovniki partladan qadın Türkiyəyə qaçıb