Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Bu barədə BUTA.TV-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, bu gün Bəhruz Məmmədov kollektivə təqdim olunub.
B.Məmmədovu kollektivə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.
Qeyd edək ki, B.Məmmədov müvafiq təyinatadək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.
- Rusiya Ukraynanı açıq şəkildə bombalamalıdır - Tolstoy
- Xameneinin öldürüləcəyini bilsəydim... - Qaimpənah
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu
- Rövşən Nəcəfin müşaviri oldu - Foto
- AFFA-dan “Qarabağ”a qarşı növbəti hörmətsizlik!
- Piterdə polkovniki partladan qadın Türkiyəyə qaçıb
- Rusiya 40 saatdır Kiyevi bombalayır
- Nepal bu ölkələrin yardımından imtina etdi