Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işinə yenidən başlayıb.
Qaynarinfo-nun məlumatına görə, Ramin Bayramlı ATU ilə müqaviləni yenidən bərpa edib. TƏBİB-in sabiq sədri vəzifəsindən istefa verdikdən sonra bir müddət ATU-da müəllim kimi müqaviləsini yeniləməmişdi. O, hazırda Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və İmmunologiya kafedrasında müəllim kimi fəaliyyət göstərir.
ATU-nun mətbuat katibi Günel Aslanova Qaynarinfo-ya Ramin Bayramlının ATU ilə yenidən müqavilə bağladığını və müəllim kimi fəaliyyət göstərdiyini təsdiqləyib.
Xatırladaq ki, Ramin Bayramlı 2 dekabr 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmrilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilmişdi. O, 12 sentyabr 2021-ci ildə tutduğu vəzifədən istefa verib.
Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb.
- Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq - KİV
- Antalyada mühüm tədbir: Prezident və xanımı iştirak edəcək
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi
- Tarixi saxtalaşdırmaq üçün Kərkicahanda nə ediblər? - Video
- Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi
- Bu müharibənin sülhlə ədalətli həlli yoxdur!
- Yaş həddi 70 idisə, 77 yaşlı hakim vəzifədə necə qalıb?
- Tərtər sakininin kartından 15,580 min manat oğurlandı