Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükünün başlayacağını gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç danışıb.
"Serbiya sonrakı mərhələdə Cənub Qaz Dəhlizi layihəsində daha çox iştirak etdi, lakin biz bu marşrutun bir hissəsi olmaq üçün səylə çalışırıq. Bu, bizə qaz təchizatı mənbələrimizi şaxələndirməyə və onları daha təhlükəsiz etməyə imkan verəcək", - Cedoviç qeyd edib.
Cedoviçin sözlərinə görə, Bolqarıstan-Serbiya qaz birləşdiricisinin tikintisi 2023-cü ilin payızında başa çatacaq. "Biz ilk qaz tədarükünü (Azərbaycandan - red) 2024-cü ilin əvvəlində gözləyirik ki, bu da bütün maraqlı tərəflərin kommersiya danışıqlarının sürətindən asılıdır.
Biz danışıqların maksimum səmərəliliyinə ümid edirik ki, Azərbaycan qazı ən qısa zamanda Serbiyaya çatdırıla bilsin", - o deyib.
Qeyd edək ki, daha əvvəl Serbiyanın qaza olan tələbatının 40%-ə qədərini Azərbaycandan tədarük hesabına ödəməyi planlaşdırdığı məlum olub.
- Ramiz Mehdiyevlə Ermənistanla necə əlaqə saxlayırmış?
- Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş
- Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi
- 4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var
- "Forbes" İranın gücünü müqayisə etdi: Siyahıda Azərbaycan da var
- Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi
- Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...
- 1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci