Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Vətən yolunda canından keçməklə gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın döyüş ruhunun, vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Mübariz İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.
Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Həmin gün Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də bir qrup hərbi qulluqçu tərəfindən ziyarət olunub.
- Ramiz Mehdiyevlə Ermənistanla necə əlaqə saxlayırmış?
- Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş
- Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi
- 4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var
- "Forbes" İranın gücünü müqayisə etdi: Siyahıda Azərbaycan da var
- Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi
- Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...
- 1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci