İran səfiri Ermənistanda nələr dedi…

20:56 - 9 Fevral 2023 - GÜNDƏM

 İran səfiri Ermənistanda nələr dedi…

Ermənistanda Ermənistan-İran münasibətlərinə dair müzakirələr təşkil edilib. Bir neçə gün əvvəlki Ermənistan-Rusiya münasibtlərinə həsr edilən tədbirdə ermənilərin narazı olmasına baxmayaraq, bu dəfə erməni ekspertlər razı qalıblar.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, erməni ekspertlərin razı qalmasına səbəb dəyirmi masada İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühurinin ermənilərin eşitmək istədiklərini deməsidir:

“Birincisi, Zühuri deyib ki, İran və Ermənistan Zəngəzur dəhlizinin əleyhinədirlər. İranlı diplomat bu sözləriylə dəhlizin açılmasının Ermənistanın da maraqlarına zidd olduğunu iddia edib. Halbuki Ermənistan Baş naziri Nikol Paşinyan eyni gündə açıqlama verib ki, Azərbaycana uzanan nəqliyyat yollarından istifadənin əleyhinə deyil, sadəcə, dəhlizin statusu ətrafında fikir ayrılığı mövcuddur.

İkincisi, səfir deyib ki, sərhədlər dəyişdirilməməlidir. Yəni iranlı diplomat Azərbaycanın Ermənistanla təmas xəttində mövqelərinin möhkənlənməsindən Tehranın narazılığına işarə edib. Bəllidir ki, azərbaycanlı hərbçilər təmas xəttindəki yüksəklilərdən Ermənistanı İranla birləşdirən yollara nəzarət etmək imkanına malikdir. Azərbaycanın təmas xəttindən geri çəkilməsini təmin etmək Ermənistanla yanaşı, İranın da imkanı xaricindədir.

Üçüncüsü, səfir deyib ki, yaxın müddətdə Ermənistanın Təbrizdə konsulluğu açılmalıdır. Tehran uzun illər Təbrizdə Azərbaycan konsulluğunun açılmasına icazə vermədi, xeyli ləngimədən sonra fəaliyyətə başladı, indi isə Azərbaycan şəhərində Ermənistan konsulluğunun açılmasını sürətləndirmək istəyir”.

Politoloq qeyd edib ki, rəsmi İrəvan Azərbaycan şəhərində Ermənistan konsulluğunun açılmasının onlar üçün faydalı olub-olmayacağını doğru hesablamalıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol