Azərbaycan xilasedicilərinin 86 və 89 saat sonra iki nəfəri xilas etməsinin görüntüləri yayılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BUTA.TV-a bildirilib ki, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda xilasedicilərin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video
- Xidmət rəisi “neqodnı” olan vətəndaşlara - Çağırış etdi
- Ağdamda ağır qəza: yaralılar var
- Kadir İnanır vəfat etdi