ABŞ Türkiyədə baş verən zəlzələ ilə bağlı yardım üçün "Corc Buş " təyyarədaşıyan gəmisini və onun müşayiət edən gəmilərini Aralıq dənizinin şərqinə göndərir.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat verib.
"ABŞ Avropa Komandanlığı Türkiyə hökumətinə və axtarış-xilasetmə əməliyyatlarına kömək etmək üçün şəxsi heyət, avadanlıq və müxtəlif vasitələr göndərib. Onların arasında Aralıq dənizinin şərq hissəsinə yerləşdirilən "Corc Buş" təyyarədaşıyan gəmi də var", - Rayder vurğulayıb.
Onun sözlərinə görə, təyyarədaşıyan xilasedicilərə maddi-texniki dəstək, tibbi yardım göstərəcək və ehtiyac yarandıqda öz helikopterləri ilə təmin edəcək.
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
- “Barselona” “Sabah”a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
- İƏT-in yeni baş katibi seçildi
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu