Ölkə ərazisində müşahidə olunan yağıntılar 11-i gecə saatlarından kəsilib.
Bu barədə BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qar örtüyünün hündürlüyü: Qaxda 44 sm, Ağdərədə(Ordubad) 27 sm, Şəkidə 22 sm, Xaltanda 14 sm, Qusar, Qrızda 11 sm, Gədəbəydə 8 sm, Qubada, Yardımlıda, Zaqatala, Şahbuz, Oğuzda, Qobustanda 5 sm olub.
Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
Havanın minimal temperaturu: fevralın 10-da Bakıda temperatur iqlim normasından 4.3° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 12°-dək şaxta, dağlıq rayonlarda 15-20° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.
Fevralın 12-13-də ölkə ərazisində hava şəraiti sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-ü axşam qısamüddətə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
- “Barselona” “Sabah”a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
- İƏT-in yeni baş katibi seçildi
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Kiyevdə partlayış baş verdi
- “Qarabağ”ın matçı 15 dəqiqə gec başladı - Yenilənib