Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 23:00 radələrində Göyçay-Qarabaqqal-Bığır yolunun Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki VAZ 21015, VAZ 2106 və "Mersedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yolda nəqliyyatın hərəkəti yarım saat ərzində dayanıb, böyük məsafədə tıxac yaranıb.
DYP əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib. Hadisə nəticəsində VAZ 21015 markalı avtomobillərdən birinin sürücüsü 1984-cü il təvəllüdlü Kamil Əziz oğlu Alməmmədov və sərnişini 1968-ci il təvəllüdlü Ərzi İsrafil qızı Xəlilova xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
- Buzlu yol Salyanda ağır qəzaya səbəb oldu - Video
- Məhkəmədən Mirədalət Talışxanov barəsində qərar...
- Pensiyalar yeni artımla nə vaxt ödənəcək? - Rəsmi
- AzerGold QSC-nin təsis edilməsindən 11 il ötür
- Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar
- Bakı və Əbu-Dabi qardaşlaşdı - Foto
- Nəriman yeni klubunda nə qədər qazanacaq?