Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə fevralın 10-da Azərbaycandan yola düşən könüllülərin ilk qrupu Qəhrəmanmaraş şəhərində fəaliyyətə başlayıblar.
BUTA.TV Report-a istinadən xəbər verir ki, gənc könüllülərimiz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə vətəndaşlara yardımların paylanılması, onların istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edirlər.
Eyni zamanda Azərbaycandan yola düşən ilk könüllü qrupu barədə xəbər Türkiyə mediasında geniş işıqlandırılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərərçəkmiş qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan 100 gənc müəyyən edilərək, ilkin təlimat keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər.
- “Qırmızı Ürəklər” proqramının qalibləri donorlarla görüşdü
- Tanınmış həkimə vəzifə verildi
- ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub