Bakıda sürüşmə zonaları - Siyahı

14:28 - 13 Fevral 2023 - GÜNDƏM

 Bakıda sürüşmə zonaları - Siyahı

Türkiyədə baş verən zəlzələ ölkəmizdə mövcud olan sürüşmə bölgələrini yenidən gündəmə gətirib.

BUTA.TV Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı siyahını təqdim edir:

“Bakı və Abşeron yarımadasında:

Masazır qəsəbəsi sürüşmə sahəsi - Nazim Əsədov küç.

Masazır qəsəbəsi II sürüşmə sahəsi - M.İbrahimov və C.Cabbarlı küçələrinin arasındakı ərazi;

Binəqədi sürüşmə sahəsi – Binəqədi-Saray avtomobil yolunun sağ hissəsində Binəqədi qəsəbəsindən 300 metr aralıda olan ərazi;

Əhmədli sürüşmə sahəsi – Gəncə prospekti, Nəsrəddin Tusi küçəsi;

Əhmədli II sürüşmə sahəsi - Gəncə prospekti, Şıxlinski küçəsi;

Əhmədli-Günəşli arasındakı sürüşmə sahəsi – S.Mehmandarov küçəsi;

Xətai rayonu sürüşmə sahəsi – Gəncə prospekti 20;

Bakı dairəvi-1 magistral avtomobil yolunun 7-ci km-də sürüşmə sahəsi, Dövlət Yol Polisi İdarəsinin yaxınlığı;

Nəriman Nərimanov prospekti döngəsi sürüşmə sahəsi – Y.Dağlı küç;

Park sürüşmə sahəsi – Parlament prospekti Mehdi Hüseyn küçəsi;

Teleqüllə sürüşmə sahəsi – A.Məmmədov küçəsi;

Qaraçuxur sürüşmə sahəsi – İ.Mustafayev küçəsi;

Zığ qəsəbəsi I sürüşmə sahəsi – H.Allahverdiyev, H.Aslanov, İ.Süleymanov, Xanlar küçələri;

Zığ II sürüşmə sahəsi – Zığ şossesi;

Badamdar qəsəbəsi – Badamdar şossesi;

Badamdar uçqun sahəsi – Badamdar şossesi O.Daşdəmirov küçəsi;

Badamdar yarğan əmələgəlmə sahəsi – Badamdar şossesi;


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol