Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Qızılağac Milli Parkının və Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə xidmətin rəisi Firuddin Əliyev məlumat verib.
O bildirib ki, Xidmətin, Qızılağac və Şirvan milli parklarının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:
“Araşdırma zamanı brakonyerin Cəlilabad rayon sakini Cavid Nəhmətov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.
Xidmət rəisinin sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisindən 3000 metr uzunluğunda sintetik tor yığışdırılıb.
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video