Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbin (Səbuhi Vaqifoğlu) məhkəməsində şahid qismində Mehriban Babayeva ifadə verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə M.Babayeva bildirib ki, təqsirləndirilən şəxsi 10 ildən artıqdır ki, tanıyır:
"Mən özüm baxıcılıqla (falçılıqla - red.) məşğulam. Səbuhinin qaynanasıgillə qonşu olmuşam. Zərərçəkmiş Şahin doktor yüksək vəzifəyə təyin olmaq istəyirdi. Səbuhinin belə işlərdə bacarıqlı oğlan olduğunu bilirdim və onları bir-birləri ilə tanış etdim. Sonra Şahin Əliyevdən eşitdim ki, Səbuhiyə bu işi alındırması üçün 250 min manat verib. Mən irad tutdum ki, 250 min manat kifayət qədər böyük puldur, gərək tələsməzdin. mənim onlarla sonra heç bir əlaqəm olmadı. Şahin dedi ki xeyli müddət keçib, ancaq işi alındırmayıb. Mən də onu əmin etdim ki əgər işi düzəltməsə mən iki evimi satıb pulunu qaytaracam".
Məhkəmənin növbəti prosesi martın 6-na təyin olunub.
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video