Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir kişi meyitini çıxarıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvari 8 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı kişi meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən indiyə qədər dağıntılar altından 52 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
- ABŞ daha bir aviadaşıyıcısını Yaxın Şərqə göndərir
- Düşmən bu cəbhədə də məğlub ediləcək - Qalibaf
- Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
- Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
- Rusiya niyə strateji müttəfiq deyil? – Paşinyan
- Ratko Mladiç öldü
- “Bosniya qəssabı” öldü
- İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı