Daxildə təhlükəsizliklə bağlı bir problemin yaşanması mümkün deyil. Buna əsla imkan vermərik, bütün tədbirləri görmüşük.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuad Oqtay AFAD-da mətbuata verdiyi açıqlama zamanı deyib.
Oqtay bölgədə hazırda 130 min polis və jandarmın vəzifə başında olduğunu vurğulayıb və köç dalğası ilə bağlı dezinformasiyadan bəhs edib:
“Köç dalğası ilə xüsusilə sosial media üzərindən formalaşdırılmağa çalışılan yalan xəbərlər, eyni zamanda ab-hava həqiqəti əks etdirmir. Belə bir şeydən söhbət gedə bilməz. Sərhədlərimiz tamamilə təhlükəsizdir və nəzarət altındadır. Hər hansı bir köç dalğasına icazə verməyimiz və ya təhlükəsizlik məsələsində zəiflik göstərməyimiz qətiyyən mümkün deyil. Bu cür dezinformasiya ilə məşğul olanları həm dezinformasiya, həm fövləqadə vəziyyət qanunlarına görə sonadək izləyəcək və lazımi addımları atacağıq. Buna heç kimin, heç bir vətəndaşımızın zərrə qədər şübhəsi olmasın”.
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
- Düşmən bu cəbhədə də məğlub ediləcək - Qalibaf
- Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
- Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
- Rusiya niyə strateji müttəfiq deyil? – Paşinyan
- Ratko Mladiç öldü
- “Bosniya qəssabı” öldü
- İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
- 350-yə yaxın insanın öldüyü daşqından dəhşətli görüntülər - Video