Fevralın 6-da Türkiyədə baş verən zəlzələ xəbərini alandan bəri Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində dövlətimiz bütün qurumları və imkanlarıyla səfərbər olub, zəlzələ bölgəsində fəaliyyətə başlayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, Prezident İlham Əliyev başsağlığı vermək üçün Türkiyə səfirliyinə təşrif buyurub:
“Qardaş Azərbaycan ölkəmizin yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin tapşırığı ilə hərəkətə keçdi. Zəlzələnin səhəri günü fövqəladə hallar naziri Kəmaləddin Heydərov mənə zəng etdi, axtarış-qurtarma komandasının hazır olduğunu və Türkiyəyə göndəriləcəyini bildirdi. Həmin gün 3 təyyarə də FHN-çilər Türkiyəyə göndərildi. Bilirik ki, Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə bir döyünür”.
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?