Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Xarici İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib.
Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib. Ermənistanın sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunu boykot etdiyini xatırladıb.
Laçın yolundan Üçtərəfli Bəyanatla nəzərdə tutulmayan təyinatdan kənar məqsədlər üçün istifadə edilməsi diqqətə çatdırılıb.
Nazir, etirazçıların legitim tələblərinin hələ də yerinə yetirilmədiyini və Ermənistan tərəfinin bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə edərək, məsələni yanlış məcraya yönəltdiyini vurğulayıb.
Görüşdə həmçinin regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- İsrail Sinvarın mühafizəçisini də məhv etdi
- İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
- 350-yə yaxın insanın öldüyü daşqından dəhşətli görüntülər - Video
- Rusiyadakı səfirliyimizin qonaq evi qarşısındakı təxribata - Rəsmi Bakıdan reaksiya
- Prezident “Sabah”a 5 milyon ayırdı
- Xarkovda ticarət mərkəzi dronla vuruldu: 1 ölü, 4 yaralı
- İranı müdafiə etmək onlarla düşmənçilik deyil – Pezeşkian
- Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu