ABŞ-da Haiti Prezidenti Jovenel Moizin ölümündə şübhəli bilinən 3 nəfər saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Şübhəlilər Venesuela əsilli amerikalı biznesmen Antonio İntriaqo, Kolumbiya əsilli ABŞ vətəndaşı Arkanxel Pretel Ortis və amerikalı maliyyəçi Uolter Vayntemilla hesab edilir.
Bildirilib ki, İntriaqo və Ortis Floridada yerləşən CTU Security mühafizə şirkətinə sahibdirlər. Sözügedən kompaniya Haiti prezidentinin evinə hücum üçün 20 keçmiş kolumbiyalı hərbçi təyin edibmiş. Belə ki, Vayntemill əməliyyatın maliyyələşdirilməsi üçün 172 min dollar pul ayırmışdı.
Qeyd edək ki, J.Moiz 2021-ci ilin iyulun 7-də iqamətgahında öldürülmüşdü.
- Prezidentlər və xanımları ziyafətdə...
- Əliyevlə Pezeşkianın azərbaycanca səmimi dialoqu - Video
- İlham Əliyevlə Putin belə salamlaşdı - Video
- İlham Əliyev və xanımı Çində paradı izlədi
- Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video
- Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi
- Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi
- Ərdoğandan Zəngəzur açıqlaması: Problem yoxdur…