Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsində yerləşən Əndiryan qızıl mədəninin istismarçısı olan Rusiya şirkətinin səlahiyyətləri ləğv ediləcək.
BUTA.TV xəbər verir ki, bunu Şərqi Azərbaycanın Sənaye, Mədən və Ticarət Palatasının başçısı Nasir Pərniyan deyib.
"Bu qiymətli mədənin istismarçı şirkəti qeyri-qanuni hasilata və faydalı qazıntıların xarab olmasına görə diskvalifikasiya edilib və bununla bağlı sərəncam tezliklə icra olunacaq", - Pərniyan bildirib.
Məlumata görə, Rusiya şirkətinin fəaliyyəti dayandırıldıqdan sonra qızıl mədəninin istismarının Çin şirkətininin ixtiyarına verilməsi nəzərdə tutulur.
- Yaxın saatlarda Abşeron yarımadasına dolu düşəcək – Xəbərdarlıq
- Misir tarixində ilk dəfə DÇ-də pley-off-a vəsiqə qazandı - Video - Yenilənib
- Abşeronda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
- Kabo-Verdedən gözlənilməz nəticə - Növbəti mərhələyə çıxdılar
- Yenə Muslera, yenə səhv... - Video - Yenilənib
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video