Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsində yerləşən Əndiryan qızıl mədəninin istismarçısı olan Rusiya şirkətinin səlahiyyətləri ləğv ediləcək.
BUTA.TV xəbər verir ki, bunu Şərqi Azərbaycanın Sənaye, Mədən və Ticarət Palatasının başçısı Nasir Pərniyan deyib.
"Bu qiymətli mədənin istismarçı şirkəti qeyri-qanuni hasilata və faydalı qazıntıların xarab olmasına görə diskvalifikasiya edilib və bununla bağlı sərəncam tezliklə icra olunacaq", - Pərniyan bildirib.
Məlumata görə, Rusiya şirkətinin fəaliyyəti dayandırıldıqdan sonra qızıl mədəninin istismarının Çin şirkətininin ixtiyarına verilməsi nəzərdə tutulur.
- Rus ordusu bu kəndi işğal etdi
- İranda zavodda yanğın baş verdi
- Rusiya Britaniyanı hədələdi: Cavab zərbəsi olacaq
- Pakistanda əməliyyat: 11 terrorçu öldürüldü
- Zelenskidən Netanyahuya: Bunu eşitmək xoşdur!
- Litvanın Xarici İşlər Nazirliyində yanğın
- 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi
- Rusiyanın cavabı sərt olacaq - Peskov