Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir humanitar yardım göndərilib.
BUTA.TV xəbər verir ki, bu gün zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb.
Xatırladaq ki, Heydər Əliyev Fondu faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərib. Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə bundan əvvəl fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərilib.
Eyni zamanda, xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da artıq Türkiyəyə yola salınıb.
- "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - Foto
- Onlar beş nəfərdən ibarət ailəni vəhşicəsinə öldürdü...
- Hərbçilərimizin Qələbə paradında iştirakına Zaxarovadan münasibət
- Trampı Yaxın Şərqə səfərdə azərbaycanlı iş adamı da müşayiət edib
- Ərdoğanla Zelenskinin görüşü başladı
- Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - Pezeşkian
- Prezident Edi Ramanı təbrik etdi
- Gizli danışıq: Paşinyan Əliyevin bu iki tələbini yerinə yetirəcək