Almaniyanın 15 polis əməkdaşı Ermənistanın Azərbaycanla sərhədində AB missiyasının tərkibində olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Heberştrayt bildirib.
"Federal Nazirlər Kabineti Almaniyanın AB-nin Ermənistandakı yeni missiyasında Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - o deyib.
Heberştrayt bildirib ki, AB missiyasında maksimum 15 alman hüquq-mühafizə orqanının əməkdaşı iştirak edəcək. Ümumilikdə isə Avropanın müxtəlif ölkələrindən 100 nəfər missiyada fəaliyyət göstərəcək:
“Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərgin olaraq davam etdiyi üçün yeni missiyaya ehtiyac var”.
O söyləyib ki, məqsəd silahsız patrulların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət etməkdir.
Qeyd edək ki, daha öncə Fransadan 8 jandarmanın missiyanın tərkibində olacağı bildirilib.
- İranda zavodda yanğın baş verdi
- Rusiya Britaniyanı hədələdi: Cavab zərbəsi olacaq
- Pakistanda əməliyyat: 11 terrorçu öldürüldü
- Zelenskidən Netanyahuya: Bunu eşitmək xoşdur!
- Litvanın Xarici İşlər Nazirliyində yanğın
- 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi
- Rusiyanın cavabı sərt olacaq - Peskov
- Piterdə partlayış: rusiyalı zabit öldürüldü - Video