İordaniya xarici işlər naziri Ayman əs-Səfədi 2011-ci ildən bəri ilk dəfə Suriyanın paytaxtı Dəməşqə səfər edib.
BUTA.TV xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd İordaniyanın XİN rəhbərini qəbul edib.
Kral II Abdullahın salamlarını Əsədə çatdıran Sədəfi zəlzələnin nəticələrinin aradan qaldırılmasında humanitar yardımların davam etdiriləcəyini bildirib.
Səfədinin sözlərinə görə, dünya ölkələri humanitar prinsipləri rəhbər tutaraq bu fəlakətin öhdəsindən gəlməlidir: "Bütün fəlakət bölgələrinə ayrı-seçkilik və siyasiləşdirmə olmadan lazımi yardım çatdırılmalıdır".
- İranda zavodda yanğın baş verdi
- Rusiya Britaniyanı hədələdi: Cavab zərbəsi olacaq
- Pakistanda əməliyyat: 11 terrorçu öldürüldü
- Zelenskidən Netanyahuya: Bunu eşitmək xoşdur!
- Litvanın Xarici İşlər Nazirliyində yanğın
- 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi
- Rusiyanın cavabı sərt olacaq - Peskov
- Piterdə partlayış: rusiyalı zabit öldürüldü - Video