Bugündən ölkəyə gətirilən telefonlar... - Qərar

22:30 - 15 Fevral 2023 - GÜNDƏM

 Bugündən ölkəyə gətirilən telefonlar... - Qərar

Fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

BUTA.TV xəbər verir ki, bununla bağlı ötən aydan artıq Dövlət Gömrük Komitəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də “e.customs.gov.az” portalı və ya “Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.

Fevralın 15-dən etibarən mobil telefonların “portal.rinn.az” saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Bu gündən bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində IMEI qeydiyyatı həyata keçirilməyəcək.

Qeyd edək ki, ölkəyə gətirilən məhsul 800 dollardan baha olarsa, qiymətdən 800 dollar çıxılacaq və yerdə qalan məbləğ üçün 36 faizədək rüsum ödəniləcək. Rüsumsuz olsa belə, bəyan mütləq edilməlidir. Yəni, aldığınız smartfonun qiyməti 800 dollardan az olsa belə, gömrükdə bəyan edilməlidir.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun IMEI nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək.

Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol