Murov aşırımında yük avtomobili aşıb, xəsarət alan var.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, yük maşını aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.
Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- İranda zavodda yanğın baş verdi
- Rusiya Britaniyanı hədələdi: Cavab zərbəsi olacaq
- Pakistanda əməliyyat: 11 terrorçu öldürüldü
- Zelenskidən Netanyahuya: Bunu eşitmək xoşdur!
- Litvanın Xarici İşlər Nazirliyində yanğın
- 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi
- Rusiyanın cavabı sərt olacaq - Peskov
- Piterdə partlayış: rusiyalı zabit öldürüldü - Video