Murov aşırımında yük avtomobili aşıb, xəsarət alan var.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, yük maşını aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.
Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Piterdə partlayış: rusiyalı zabit öldürüldü - Video
- Fransada maşını insanların üzərinə sürdü: 1 ölü, 7 yaralı - Video
- “Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
- ABŞ-da təyyarə qəzası: ölənlər var
- “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
- Netanyahunun oğluna sui-qəsd cəhdi: Detallar…
- Husilər bu limanı ballistik raketlərlə vurdular
- Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi