Fevralın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvü Nigar Arpadarai BMT Əhali Fondunun qiymətləndirmə qrupu ilə görüşüblər.
BUTA.TV xəbər verir ki, görüşdə çıxış edən Hicran Hüseynova Azərbaycanda əhalinin sağlamlığının qorunması, ailə planlaşdırılması, gender bərabərliyinin təmin edilməsi, demoqrafik inkişaf, gənclərin iştirakçılığı və digər sahələrdə görülən işlərdən, reallaşdırılan layihələrdən, dövlət siyasətindən və əldə olunan müsbət nəticələrdən danışıb.
Komitənin 2020-2022-ci illər ərzində bu istiqamət üzrə gördüyü işlərdən danışan H.Hüseynova mütəmadi olaraq müxtəlif mövzularda dinləmələr keçirildiyini qeyd edib. Bildirib ki, bu dinləmələr zamanı mövcud gender stereotipləri və onların aradan qaldırılmasında qanunvericilik sahəsində hansı dəyişikliklərə və əlavələrə ehtiyacın olduğu müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. O, eyni zamanda, BMT-nin Əhali Fondu ilə birgə görülən işlərdən də bəhs edib.
Görüşdə BMT Əhali Fondunun qiymətləndirmə qrupunun nümayəndəsi Aşley Major təmsil etdiyi qurumla Azərbaycanın birgə həyata keçirdiyi proqram və layihələrdən danışıb. Qeyd edilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən reallaşdırılan "Avropa İttifaqı Gender Bərabərliyi naminə Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı da bu sahədə olan layihələrdəndir. Hazırda üç il ərzində icra edilən fəaliyyətin nəzərdən keçirilməsi, eləcə də növbəti mərhələnin başlanması məqsədilə sözügedən layihənin qiymətləndirilməsi həyata keçirilir. O, ölkəmizə qiymətləndirmə missiyası həyata keçirmək məqsədilə gəldiyini deyib.
Görüş zamanı qonağı maraqlandıran suallar cavablandırılıb, gələcəkdə BMT-nin Əhali Fondu ilə birgə reallaşdırıla biləcək layihələr və işlər barədə təkliflər səsləndirilib.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı