Sabir Rüstəmxanlıdan qardaşının fikirlərinə - Reaksiya

11:48 - 17 Fevral 2023 - GÜNDƏM

 Sabir Rüstəmxanlıdan qardaşının fikirlərinə - Reaksiya

Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur.

Kult.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı qardaşı, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun Azərbaycan dilinin imkanlarının zəif olması və Türkiyə türkcəsini qəbul etməyimizin lazımlılığı haqda fikrinə münasibət bildirərkən deyib.

“Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq?! Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa, özümüzə baxaq!

Şahbaza hücum çəkməkdənsə, dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür.

O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb”, - S.Rüstəmxanlı bildirib.

Qeyd edək ki, Şahbaz Xuduoğlunun ötən gün paylaşdığı şərhi ciddi etirazlara səbəb olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol