ATƏT-in Minsk Qrupunun formatı hələ ötən ilin fevralında tarixin zibilliyinə atılıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, o zaman amerikalı və fransalı həmsədrlər uydurma bir bəhanə ilə rusiyalı həmsədrlərlə qarşılıqlı əlaqəni dayandırıblar:
“Bununla bağlı heç bir aydın izahat yox idi. Bunu nəzərə alaraq, biz diqqəti İrəvan və Bakıya dəfələrlə müzakirə edilmiş və izah edilmiş ən yüksək səviyyədə müvafiq sazişlər toplusu əsasında üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə yönəltmişik.
Ermənistan-Azərbaycan nizamlanması məsələsində ABŞ-ın vasitəçiliyinə gəlincə, bunun real addımlarla dolacağını və hər hansı əlavə dəyər qazanacağını görmürük”.
- Leyla və Arzu Əliyevalar Bulvarda gül əkdilər - Foto
- DYP hava ilə bağlı sürücülərə müraciət etdi
- Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda... - Foto
- Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar - Yenilənib
- Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
- Bakıda gənc oğlanın meyiti həyətdən tapıldı
- Bakıya leysan yağır
- Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq