ABŞ Ukraynaya göstərilən yardımın monitorinqini gücləndirmək üçün birbaşa olaraq müharibə zonasına auditorlar və müstəntiqlər göndərə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri "Voll Strit Jurnal"a bildiriblər.
USAİD-in baş müfəttişinin müavini vəzifəsini icra edən Nikol Anqarella hesab edir ki, həqiqətən hərtərəfli və etibarlı nəzarət uzaqdan həyata keçirilə bilməz. Ancaq bununla yanaşı qeyd olunub ki, indiyədək ABŞ-ın yardımı ilə bağlı böyük fırıldaqçılıq və ya qeyri-qanuni fəaliyyətlər barədə heç bir məlumat yoxdur.
Dövlət Departamentinin baş müfəttişinin müavini Diane Şav isə çox qısa müddətdə "bir hökumətə və ya bir hədəfə" çox böyük miqdarda yardımın gəlməsindən narahatdır:
"Bu maliyyəni nəzərdə tutulan məqsəddən yayındıra biləcək hər hansı fırıldaqçılıq, israfçılıq, sui-istifadə bu yardımın davamlı axınını təhlükə altına qoyur".
- Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
- Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
- Nepalda güclü daşqın: ölənlərin sayı artdı
- İran ABŞ-ın iqtisadi blokadasına qarşı belə mübarizə aparır
- Nigar Fərhad saxlanıldı
- Robert Köçəryan həbs edildi
- Putin Ukraynaya bir anda nüvə zərbəsi endirə bilər - Blumberq
- Almaniya 80 il sonra yenidən qayıdır: Qlobal mərkəzə çevrilir!