Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 129 ünvanında yanğın olub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən
məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə yanğınla bağlı məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus tikilidə baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 700m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 120m2 sahədə, içərisində olan bəzi əşyalar yanıb.
Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
- Şad xəbər: Bu süni intellekt platforması...
- Mərkəzi Bankdan 10 manatlıq əskinaslarla bağlı açıqlama...
- Azərbaycanda internetin sürəti ilə bağlı yenilik
- Gəncədə ana 40 günlük körpəsindən imtina etdi
- İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı
- Bu şagirdlər imtahanı yeni formatda verəcəklər
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi