Bakı-Türkmənbaşı xəttində gəmi daşımalarına endirim...

12:06 - 20 Fevral 2023 - GÜNDƏM

 Bakı-Türkmənbaşı xəttində gəmi daşımalarına endirim...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) martın 1-dən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edib.

BUTA.TV xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1 072 ABŞ dolları əvəzinə 1 000 ABŞ dolları həcmində müəyyənləşdirilib.

"Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 1 716 ABŞ dolları deyil, 1 600 ABŞ dolları olacaq.

Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib qaydada hesablanacaq", - məlumatda deyilir.

ASCO qeyd edir ki, fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti 325 ABŞ dolları deyil, 200 ABŞ dolları təşkil edir.

Bildirilir ki, tariflərin ucuzlaşması Türkmənistan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən əlverişli şəraitin yaradılmasına yönəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol