İranın da Rusiya ilə bərabər Münhen Təhlükəsizlik Konfransına çağırılmaması Tehranın qıcıqlanmasına səbəb olub.
BUTA.TV xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani bununla bağlı narazılığını ifadə edib.
O bildirib ki, təhlükəsizlik konfransı olsa da, bu, müharibəni qızışdıranların maraqları naminə keçirilir:
“Beynəlxalq təhlükəsizlik” adlı belə bir konfransı təşkil etmək, İran və Rusiyanı dəvət etməmək o deməkdir ki, onlar fürsətdən istifadə edib beynəlxalq nizam və təhlükəsizliklə bağlı öz fərqli fikirlərini ortaya qoyublar”.
Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı dünya dövlətlərinin toplandığı mühüm tədbirlərdən biridir. Qərbin ən böyük siyasi və iqtisadi rəqibi olan Çin belə bu konfransda var idi. İranın da Rusiya ilə birlikdə bu konfransa dəvət olunmaması Tehranın əsas hədəflərdən biri olduğunu göstərir.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransına İran adından xaricdə yaşayan müxalifətçi Rza Pəhləvinin dəvət edilməsi də Tehrana növbəti zərbədir.
- Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?
- Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu
- Sadır Japarov İlham Əliyevə məktub ünvanladı
- İlham Əliyev və Şahbaz Şərif birgə nahar etdi
- Tiflisdə azərbaycanlılara zorakılıq edəni hansı cəza gözləyir?
- Hikmət Cavad Ukrayna ordusunun xüsusi mükafatı ilə təltif edildi
- Ramil Usubov Sergey Şoyqu ilə görüşdü
- İlham Əliyev Şahbaz Şəriflə görüşdü