Erməni təbliğatına və maraqlarına xidmət edən 3 fransız kino işçisi film hazırlamaq üçün yardım kampaniyasına start veriblər. Guya Ermənistanın təhlükədə olmasını əsas gətirən "sənət" adamları təcili film hazırlamağın vacibliyini qeyd ediblər.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, ermənidən daha çox ermənilik edən fransızlar isə yardım kampaniyasına poster kimi azərbaycanlı topçu Vüsalın (Vüsal Şahkərimov) fotosundan istifadə ediblər.
İkinci Qarabağ müharibəsi işitrakçısı olan Vüsal Şahkərimov Azərbaycan cəmiyyətində sözügedən görüntüsü ilə tanınmışdı.
İndi ermənipərəst fransızların Ermənistan üçün yardım kampaniyasına Vüsalın fotosunu seçmələri ya növbəti erməni saxtarkalığı, ya da axmaqlığıdır.
Məsələnin hüquqi məsələsi də var. Bütün beynəlxalq normaları pozmağa alışan ermənilər və onların havadarları indi də azərbaycanlı döyüşçünün fotosunu poster edib, yardım toplayırlar.
Digər tərəfdən isə müəlliflər Azərbaycan-Ermənistan münasibətləri kontekstində guya xristian-müsəlman davasını təbliğ edərək islamafobiyanı tirajlayırlar.
- Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?
- Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu
- Sadır Japarov İlham Əliyevə məktub ünvanladı
- İlham Əliyev və Şahbaz Şərif birgə nahar etdi
- Tiflisdə azərbaycanlılara zorakılıq edəni hansı cəza gözləyir?
- Hikmət Cavad Ukrayna ordusunun xüsusi mükafatı ilə təltif edildi
- Ramil Usubov Sergey Şoyqu ilə görüşdü
- İlham Əliyev Şahbaz Şəriflə görüşdü