Azərbaycan və Ermənistan onlayn diplomatiyaya keçib, sülh mətni üzrə şərtlər də internet üzərindən ötürülür. Bunun müsbət yanı odur ki, tərəflər vasitəçi olmadan təmas qura, müzakirə apara bilirlər və bu, üçüncü qüvvələrin maraqlarını nəzərə almaq məcburiyyəti yaratmır, hıəmçinin, normallaşma prosesini sürətləndirə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı XİN başçısı Ceyhun Bayramovun Bakı ilə İrəvan arasında birbaşa onlayn diplomatiya aparıldığı barədə fikirləri haqda qeyd edib.
“Bunun Ermənistan hakimiyyətinin sərgilədiyi mövqe fonunda mənfi tərəfi də var. Rəsmi İrəvan intensiv şəkildə danışıqları təhrifetmə ilə məşğuldur. Vasitəçilərlə danışıqlarda ən azı “şahid” olur, birbaşa təmaslarda yalan tirajlama imkanları daha çoxdur. Misal üçün, Bakının hansısa şərtini “qulaqardına” vurmaq üçün lazım olanda “məktub çatmadı” taktikasından istifadə edə bilərlər”, - o bildirib.
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi
- Tramp MKİ direktorunun Moskvaya səfərindən danışdı
- Nepalda daşqınlar: ölənlərin sayı 95-ə çatdı
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xamenenin öldüyünü düşünmürəm - Tramp
- Prezident ailəsinin səmimi - Fotosu
- ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian
- Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi