“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi olub.
BUTA.TV xəbəri verir ki, “Uembli” stadionunda baş tutan turnirin final matçında “qırmızı şeytanlar” “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edib.
Qaliblərin heyətində Kazemiro (33-cü dəqiqədə) və Markus Reşford (39) fərqlənib.
Qeyd edək ki, daha öncə 1992, 2006, 2009, 2010 və 2017-ci illərdə turnirin qalibi olan “Mançester Yunayted” altıncı dəfə kuboku qazanıb. Bu göstəricidə lider “Liverpul”dur (9 qələbə), ikinci isə “Mançester Siti”dir (8). İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir.
- Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
- Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov
- Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır
- Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto
- Rusiya Şıxlinski ilə bağlı qərar verdi
- Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...
- Dikin Azərbaycanda missiyası başa çatdı: Unudulmaz 6 il...
- Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu